“Düzgün olmayan həyat tərzi, həddindən artıq alkoqollu içkilərdən istifadə və başqa amillər infarkt hallarını artırıb”.
Bu fikirləri infarkta səbəb olan amillər haqda danışan kardioloq İdris Xəlilov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, son zamanlar infarkt sadəcə yaşlı nəsildə deyil, gənclər arasında da tez tez müşahidə edilir:
“Düzgün olmayan həyat tərzi, həddindən artıq alkoqollu içkilərdən istifadə, yüksək doza dərmanlarının qəbulu, əsəb və stress infarkt hallarını artırıb.
Qeyd edim ki bu amillər infarktın səbəblərinin 5 faizini təşkil edir. İnfarkt səbəblərinin 90-95 faizi ürək-damarların qismən və tam daralmasıdır.
Bu daralma ateroskleroz dediyimiz xəstəlik nəticəsində baş verə bilir. Müəyyən təsirlər nəticəsində damarlarda spazm baş verir və kəskin infarkt olur”.
Nuray Məmmədzadə
www.yenicag.az