Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Elektrik enerjisinin qiyməti artırılır? – açıqlama

237054Elektrik enerjisinin tariflərinin qaldırılacağı ilə bağlı xəbərlər şayiələrdən ibarətdir. Bu barədə energetika naziri Natiq Əliyev bildirib.

O qeyd edib ki, bu xəbərləri yaymaqla seçkiqabağı kimsə bundan istifadə etmək istəyir. Tariflərin qaldırılması gündəmdə deyil.

Nazir “Azərenerji” işçilərinin maaşlarını ala bilməməsininin səbəblərindən də danışıb: “Azərenerji” işçilərinin əmək haqlarının gecikməsi elektrik enerjisindən istifadəyə görə yığımın gecikməsi ilə bağlıdır”.

O qeyd edib ki, yığım “Azərişıq”dan asılıdır: “Azərişıq” elektrik enerjisindən istifadəyə görə, paylayıcı şəbəkələrdən vəsaitləri yığır və onu da “Azərenerji”yə köçürür. “Azərenerji” də bununla əmək haqlarını və digər ehtiyaclarını ödəyir. Yəni bunlar zəncirvaridir. Əgər elektrik enerjisindən istifadəyə görə, tam vaxtlı vaxtında, tam şəkildə ödəniş olsa, burada problem olmaz”(Report).

www.yenicag.az

271