Elektrik skuteri partladı, 5 nəfər YARALANDI
Almaniyada elektrik skuterinin akkumulyatoru partlayıb, nəticədə 5 nəfər xəsarət alıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.
Bazar günü Almaniyanın Foqtland dairəsində yerləşən fərdi yaşayış evinin dəhlizində elektrik skuterinin akkumulyatoru partlayıb. Hadisənin səbəbi hələlik məlum deyil. Polisin məlumatına görə, partlayışdan sonra baş verən yanğın nəticəsində ev ciddi ziyan görüb və müvəqqəti yaşayış üçün yararsız hala düşüb.
Məlumata görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Ziyanın təxminən 60 min avro olduğu bildirilir. Xüsusilə iki elektrik skuteri zədələnib.
Qeyd edək ki, Avropanın bir çox şəhərlərində elektrik skuterlərindən istifadə normaya salınır. Bu nəqliyyat vasitələri şəhəriçi hərəkət üçün yeni imkanlar açsa da, məsuliyyətsiz park və təhlükəsizlik qaydalarına laqeyd yanaşma səbəbindən problemə çevrilib.