!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elektron ticarətin çökdürdüyü YERLİ BAZAR: “Sahibkarlar öz fəaliyyətlərini bu mühitə uyğunlaşdırmaqla...”

!Reklam – Yazi

“İnsanlar müəyyən amillərin təsiri ilə ailə büdcələrini daha səmərəli şəkildə idarə etməyin yollarını axtarırlar”.

Bu fikirləri xarici ölkələrdə fəaliyyət göstərən onlayn satış platformalarının yerli bazara təsiri haqda danışan iqtisadçı Rəşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, ciddi problemlərlə üzləşən yerli sahibkarlar öz fəaliyyətlərini dövrün tələblərinə uyğunlaşdırmalıdırlar:

“Sahibkarların narazılıqlarından belə aydın olur ki, elektron ticarətin inkişafı ənənəvi ticarətə müəyyən çətinliklər yaradıb. Qeyd edilən istiqamətdə inkişaf meyilləri 2020-ci ildən sonra pandemiyanın yaratdığı şəraitdə dijital bacarıqların inkişaf etdirilməsi, xüsusilə də orta və yaşlı nəsildə olan konservativ baxışların nisbətən dəyişməsi kimi səbəblərdən sürətləndi.

Eyni zamanda, quru sərhədlərin bağlı olmasının yaratdığı məhdudiyyətlər fonunda gəlirlərin azalması və yüksək inflyasiyanın da təsiri ilə insanlar ailə büdcələrini daha səmərəli şəkildə idarə etməyin yollarını axtarırlar. Bu yollardan biri də onlayn platformalardan istifadə etməklə, məhsulları daha əlverişli qiymətə almaq üsuludur.

Bu, dövrün tələbi olmaqla yanaşı, həm də sahibkarlar üçün çox ciddi bir “rəqib”in ortaya çıxması anlamına gəlir. O baxımdan, sahibkarlar öz fəaliyyətlərini bu mühitə uyğunlaşdırmalıdırlar. Sahibkarlar çıxış yolu kimi, onlayn satış platformalarından daha əlverişli qiymətə məhsullar təklif edə bilərlər və ya öz fəaliyyətlərinin bir hissəsini sosial şəbəkə imkanlarından yararlanmaqla, onlayn istiqamətə yönəldə bilərlər”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

2089
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv