Ələt yolunda ağır qəza – Ölənlər və yaralılar var

Ələtdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, qəza Bakı-Qazax magistralının 57-ci kilometrliyində  qeydə alınıb. Belə ki, yük avtomobili “Mercedes Vito” markalı mikroavtobusa arxadan çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır./APA/