Əli Əhmədov BMT-nin İnkişaf Proqramının nümayəndələrini qəbul edib

media-hightechnic-468x90

ele_ehmedov_141414Baş nazirin müavini Əli Əhmədov BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Broekin rəhbərliyi ilə BMT-nin İnkişaf Proqramının nümayəndələrini qəbul edib.

Antonius Broek təmsil etdiyi qurumla Azərbaycan Respublikası arasında uğurlu əməkdaşlığın mövcudluğunu vurğulayaraq, BMT-nin prinsip və dəyərlərinə daim sadiq qalan ölkəmizin dünyada gedən qlobal inkişaf proseslərində fəal iştirakından məmnunluğunu ifadə edib.

BMT-nin İnkişaf Proqramı xətti ilə ölkəmizdə yaşlı və aztəminatlı əhali qrupunun sosial müdafiəsinin təmin edilməsində səmərəli fəaliyyətinə, habelə səhiyyə, təhsil və digər sahələrin inkişafına verdiyi dəstəyə görə razılığını bildirən Baş nazirin müavini Əli Əhmədov, bu nüfuzlu beynəlxalq təşkilatın respublikamız üçün nəzərdə tutulmuş yardımlarının milli inkişaf gündəliyinə uyğun olaraq bundan sonra da prioritet sahələrə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Qəbulda qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi olub(azadinform).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600