Əli Əsədov Natalya Petkeviçlə görüşdü

media-hightechnic-468x90

Azərbaycanın Baş naziri Əli Əsədov Belarusun Baş nazirinin müavini, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın həmsədri Natalya Petkeviçlə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub, iki ölkənin prezidentlərinin fəal dialoqunun və birgə səylərinin bu inkişafı təmin edən əsas faktor olduğu bildirilib.

Azərbaycanla Belarus arasında iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Bakıda keçirilmiş 15-ci iclasının əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi, sənaye kooperasiyası, aqrar, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa