Əli Kərimli AXCP-nin iclaslarını funksionerlərin evlərində keçirəcək
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iclasları bundan sonra partiya rəsmilərinin evlərində keçiriləcək.
Virtualaz.org-un məlumatına görə, bunu azvision.az-a partiyanın sədr müavini Həsən Kərimov deyib. O qeyd edib ki, dünən partiyanın ofisi söküldüyündən hazırda AXCP-nin məskunlaşmağa qərargahı yoxdur: “Hələlik köçməyə yerimiz yoxdur. Mən inanmıram ki, kimsə bizə ofis versin. Bu istiqamətdə axtarışdayıq.
Bu günlərdə Rəyasət Heytəinin toplantısından sonra konkret qərar veriləcək. Yəqin ki, əvvəlki kimi iclaslarımızı evlərdə keçirməklə işimizə davam edəcəyik. Rəyasət Heyətinin bu yaxınlarda gözlənilən topantısına gəlincə isə bu, mənim evimdə keçiriləcək”.