Əli Kərimlinin müşaviri də həbs edildi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müşaviri və Partiyanın Rəyasət heyətinin üzvü Məmməd İbrahimin barəsində qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimata baxılıb.
Yencicag.az xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, M. İbrahim barəsində 2 ay 15 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, M.İbrahim Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə şübhəli şəxs qismində tanınıb.
Xatırladaq ki, M.İbrahim Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub./Report/












