“Utanmırsınız, həyatda olmayan bir adımın arxasınca niyə bu qədər dedi-qodu edirsiniz?”
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev mərhum Xalq artisti İlhamə Quliyevanın dalınca danışan sənət adamlarına səslənərək deyib.
Müğənni son zamanlar verilişlərdə İlhamə Quliyeva barədə müzakirələrin aparıldığını, onun dalınca danışıldığını təəssüf hissi ilə bildirib:
“Adam ölüb gedib, əl çəkin ondan. Dünyasını dəyişən adamın dalınca danışmazlar. Lap düşmən də olsun, bunu etməməlisən. Sağlığında niyə danışmırdınız, iradınızı bildirmirdiniz, çünki bilirdiniz ki, buna “düxunuz” çatmazdı. Görəndə tir-tir əsirdiniz, qabağında əyilirdiniz, indi diliniz açılıb, şirə-pələngə dönmüsünüz. Ona bacı deyən, evində qalan, çörəyini yeyən insanlar bu gün efirə çıxıb, İlhamənin dalınca danışır, təhqir edir. İlhamə 8 ildir vəfat edib, adam həyatda olmaya-olmaya sən onu necə ittiham edə bilərsən? Danışmağa mövzu yoxdur, indi ölülərə keçmisiniz? Günahdır, Allahdan qorxun, axı siz də bu dünyada əbədi deyilsiniz. Yəqin mən öləndən iyirmi il sonra da mənim dalımca danışacaqlar”.
Cəvahir
www.yenicag.az