Əlillər arasında pauerliftiq çempionatı

media-hightechnic-468x90

14164113742211955220_600x400Sumqayıtın Paralimpiya idman kompleksində əlillər arasında pauerliftinq üzrə ikinci açıq Azərbaycan çempionatı keçirilib.

“Əlil idmançılara yardım” ictimai təşkilatının sədri Kamal Məmmədov bildirib ki, çempionat “Maneəsiz həyat” layihəsi çərçivəsində Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) tərəfindən təşkil olunub.

Çempionatda müxtəlif çəki dərəcələrində 40 paralimpiyaçı idmançı iştirak edib.

Kişilərin turnirində Pərvin Məmmədov (49 kiloqram), Azər Əlizadə (54 kiloqram), Əhməd Razmazer (72 kiloqram), Nurlan Babacanov (80 kiloqram), Gündüz İsmayılov (86 kiloqram), Elşən İsmayılov (107 kiloqram), Məhərrəm Əliyev (107 kiloqramdan çox) yarışın qalibləri olublar.

Elşən İsmayılov dünya rekordunu təzələyib.

50 kiloqramlıq çəki dərəcəsində qadınlar arasında Bikəxanım Vəliyeva birinci yeri, Samirə Əsədova – ikinci, Bahar Şıxıyeva üçüncü yerləri tutublar.

Gənclərin yarışlarında Əli Babacanov (86 kiloqram) dünya rekordu müəyyən edərək birinci yeri tutub.

Çempionatda ilk dəfə iştirak etmiş Uşaq Paralimpiya Komitəsinin idmançıları 40 kiloqramlıq çəki dərəcəsində öz qüvvələrini sınayıblar. 14 yaşlı Vüqar Kərimov çempion olub, 13 yaşlı Əli Abdullayev isə ikinci yeri tutub.

(azertag.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600