Əlilliyi olan şəxslərə bu tibbi xidmətlər pulsuz göstərilməyəcək - SİYAHI

media-hightechnic-468x90

Nazirlər Kabineti “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ni təsdiq edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlər aşağıdakılardır:

1. Xəstəliklərin anonim diaqnostikası (insan immunçatışmazlığı virusu (İİV) infeksiyası, sifilis, hepatit  “B” və hepatit “C” xəstəlikləri istisna olmaqla);

2. Tibbi kosmetoloji yardım (tibbi göstəriş əsasında plastik və bərpa (rekonstruksiya) əməliyyatları istisna olmaqla);

3. Tibbi göstəriş olmadan pəhrizlə bağlı müayinə və müalicələr;

4. Cinsin dəyişdirilməsi ilə bağlı cərrahiyyə əməliyyatı və əməliyyatdan sonrakı müalicələr;

5. Reabilitasiya ilə əlaqəli olmayan masaj, balneoloji prosedurlar;

6. Xarici ölkələrə səfərdən (müalicə, reabilitasiya və xidməti ezamiyyət istisna olmaqla) əvvəl tropik xəstəliklərə qarşı peyvəndlərin olunması;

7. Kontakt linzalarla görmə qabiliyyətinin korrektə olunması;

8. Qiymətli metallardan və keramikadan hazırlanan stomatoloji protezlərin hazırlanması və quraşdırılması.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05