“Elita korrupsiyalaşıb, əhali isə dilənçi kökündədir…” – Rusiyalı ekspertdən Qarabağ açıqlaması

“Müharibə xəbərdarlığı etmək istəmirəm, ancaq Qarabağ münaqişəsi ətrafında vəziyyət olduqca gərgindir”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinin Qarabağ münaqişəsinin nizamlanmasına mümkün təsirini dəyərləndirən “Yeni Rusiya” hərəkatının lideri, politoloq Nikita İsayev deyib.

Nikita İsayevin sözlərinə görə, Ermənistanın indiki ağır durumu Azərbaycana işğal altındakı əraziləri geri qaytarmaq üçün əlverişli imkan yaradıb:
“Vəziyyəti real qiymətləndirmək lazımdır. Mən müharibə xəbərdarlığı etmək istəmirəm, ancaq Qarabağ münaqişəsi ətrafında vəziyyət hər iki tərəfdən olduqca gərgindir. Ermənistanda hakimiyyət dəyişib və yenə dəyişə bilər, münaqişənin nizamlanmasına çalışan ölkələr bundan istifadə etməlidirlər.

Növbədənkənar parlament seçkilərindən sonra tam fərqli olacaq. Necə? Bu, beynəlxalq şəraitdən asılıdır. O, bütün hallarda “güclü oyunçular”a tərəf meyllənəcək. Çünki Paşinyan xalqın sosial problemlərinin operativ həllinə çalışdığını göstərmək istəyir. Bunun üçün tələb olunan ciddi maliyyəni isə məhz “güclü”lər verə bilərlər.

Hazırda Ermənistanın elitası korrupsiyalaşıb, əhali isə dilənçi kökündədir. Məncə, Paşinyan özünə ziyan vursa da, korrupsiya ilə mübarizə aparmağa cəhd edəcək. Buna nə qədər nail olub-olmayacağını indidən söyləmək çətindir”.

COP29