Əliyevin “Ərəb açılımı”nın sirri

media-hightechnic-468x90

Politoloqlar İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərini şərh etdilər.

Politoloq Tofiq Abbasov bildirir ki, prezidentin bu səfərini müsəlman aləmi və Qərbi Asiyada mühüm yer tutan ölkə ilə əməkdaşılığın genişlənməsi kontekstində qiymətləndirmək yerinə düşür. Səudiyyə Ərəbistanı qlobal proseslərdə daha vacib və həlledici rol oynadığından önəmli saydığı məmləkətlərlə münasibət qurmağı özü üçün mühüm bilir. Bu baxımdan Azərbaycan ərəb birliyinin lideri olan Ər-Riyad üçün həm cazibəli, həm də perpektivli görünür.

“İndiki münasibətləri 20 ildən artıq olan əlaqələrdə ikinci mərhələ kimi qiymətləndirmək olar. Əgər ilk iki onilliklərdə ümumi maraq dairəsinə daxil olan sahələrlə bağlı ümumi layihələr həyata keçirilirdisə, bundan sonra ünvanlı və gələcək üçün böyük əhəmiyyət kəsb edən prioritetlər ətrafında səylər bilrəşdiriləcək.Bu baxımdan nef-qaz, enerjidaşıyıcıların emalı, tranzit və digər vacib istiqamətlərdə birgə proqramlar həyata keçiriləcək”-deyə politoloq sözlərinə əlavə edib. “Ən vacib olan təhlükəsizlik problemləri çərçivəsində də Azərbaycanla Səudiyyə Ərəbistanı imkanları səfərbər edib əhəmiyyətli əməkdaşlıq həyata keçirmək iqtidarındadırlar. Təsadüfi deyil ki, bu vaxta qədər iki ölkənin profilli yüksəkrütbəli nümayıəndələri dəfələrlə görüşüb müzakirələr keçiriblər.Qərbi Asiyada uzun illər oturuşmuş status-kvo dəyişmək üzrədir. Çünki meydanda olan böyük subyektlər özlərinin ənənəvi statusu ilə razılaşmayıb liderlik iddiaları nümayiş etdirirlər. Belə olduqda yaxın münasibətlərdə olan məmləkətlərin liderləri ətraflı danışıq və müzakirələr keçirib razılaşdırılmış siyasi xəttin keçiriləməsinə izin verirlər ki, bu da təbiidir. Bir də ki, bu iki ölkə coğrafi baxımdan birbirindən o qədər də uzaq deyillər. Və nəzərə alanda ki, Yaxın Şərqdən tutmuş Ərəbistan yarımadası və Xəzər bölgəsində neçə-neçə münaqişə var və onların müqıəddəratı hələ də müəmmalı görünür, İlham Əliyevin Səudiyyə Ərəbistanında keçirdiyi danışıqların məğzi son dərəcə strateji əhəmiyyətli görünür”-həmçinin Tofiq Abbasov qeyd edib.

Politoloq sonda bunları əlavə edib: “Yaddan çıxarmaq olmaz ki, rəsmi Ər-Riyad Azərbaycana dost münasibəti olan dövlətdir və Ermənistanın işğal siyasətini məhkum edim Bakının mövqeyini tam haqlı sayır. O cümlədən Ər-Riyadın Azərbaycanın ərazi bütövlüyünü tanıması, BMT və İslam Əməkdasşlıq Təşkilatındakı siyasi dəstəyi, Azərbaycanın bu ölkə ilə münasibətlərə böyük önəm verməsi ondan xəbər verir ki, sözügedən səfərə böyük ehtiyac var idi. Çünki iki dövlət müxtəlif sahələrdə aparılan əməkdaşlığın formatını ümumi xeyirin artması üçün lazım sayır”.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərini ilk növbədə xarici siyasət və maliyyə dəstəyi axtarışları ilə əlaqələndirdi. “Məsələ burasındadır ki, Azərbaycanın dövlət büdcəsində acınacaqlı vəziyyət yaranıb. Problem kifayət qədər ciddidir. İlham Əliyevi də Səudiyyə Ərəbistanına yönəldən ilk növbədə maliyyə məsələsidir. Bildiyimiz kimi, orada İslam İnkişaf Bankı var. Bu qurum Səudiyyə Ərəbistanın nəzarətində olan qurumdur. Başlıca amil budur. Təbii ki, burda siyasi amillər də var. Yəni, İran-Qərb anlaşmasında sonra bölgədə yaranmış vəziyyəti burada qeyd etmək olar. Amma bu həlledici deyil. Yenə də qeyd edirəm ki, əsas maliyyə məsələsidir”-deyə Ərəstun Oruclu sözlərinə əlavə edib.

Azərbaycanın Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələri gələcəkdə bizə nə vəd edir? İqtisadi əhəmiyyəti varmı?

İqtisadçı ekspert Pərviz Heydərov bildirir ki, ölkəmizin Səudiyyə Ərəbistanı başda olmaqla, BƏƏ, Qətər kimi ölkələrlə iqtisadi əlaqləri çox şeylər verə bilər. “Xüsusən də indiki şəraitdə Azərbaycanda ərəb sərmayəsinə böyük ehtiyac vardır. Hesab edirəm ki, bu, qarşılıqlı fayda verə bilər. Bakı şəhərinin özündə və ətrafında, eləcə də bölgələrimizdə birgə infrastrur layihələr gerçəkləşdirilə bilər. Üstəlik, birgə istehsal müəssisələri yaradıla bilər ki, buna ölkəmizdə hər cür şərait və imkan var… Ərəb investorları üçün də Azərbaycanın cəlbedici ölkə olduğu sirr deyil.. Çünki bizim həm təbii şərait və təbii xammal imkanlarımız zəngindir, həm də ortaq dəyərlərimiz mövcuddur”.

Kamran

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600