85 yaşlı Pelosi siyasətdən gedir

media-hightechnic-468x90

Demokratlar ABŞ Konqresinin Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosinin siyasətdən mümkün gedişinə 4 noyabr tarixindən hazırlaşacaqlar.

Yenicag.az xəbər verir ki, bu barədə NBC telekanalı Konqres və Kaliforniyadakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 85 yaşlı Pelosi 2026-cı ildə Kaliforniya ştatının San-Fransisko dairəsindən Konqresin aşağı palatasına yenidən seçilməkdən imtina edə bilər. Pelosi bu dairəni, demək olar ki, qırx ilə yaxındır, təmsil edir. Gözlənilir ki, keçmiş spiker bu qərarını seçki dairələrinin dəyişdirilməsi təşəbbüsü ilə bağlı çərşənbə axşamı keçiriləcək səsvermədən sonra açıqlayacaq. Telekanalın qeyd etdiyinə görə, demokratlar bu addımı dəstəkləyirlər, çünki gələn il keçiriləcək aralıq seçkilərdə əlavə yerlər qazanacaqlarına ümid edirlər.

Pelosinin mətbuat katibi İan Kreger NBC-yə verdiyi açıqlamada sabiq spikerin Konqresə yenidən namizəd olub-olmayacağı barədə fikir bildirməkdən imtina edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa