“Beşiktaş”dan ayrılan futbolçu “Arsenal”ın məşqlərinə qatıldı

media-hightechnic-468x90

İngiltərə millisinin sabiq futbolçusu Aleks Oksleyd-Çemberlen “Arsenal” komandasının məşqlərinə qatılır.

Yenicag.az “Sky Sports News”a isinadən xəbər verir ki, yarımmüdafiəçi klubun U-21 komandası ilə birgə çalışmalarını davam etdirir.

Hazırda 32 yaşlı futbolçu karyerasının növbəti mərhələsi barədə düşünür.

Oksleyd-Çemberlen 2017-ci ildə ölkəsində “Liverpul”a keçməzdən əvvəl “Arsenal”ın heyətində təxminən 200 oyun keçirib. O, yayda “Beşiktaş”dan (Türkiyə) ayrıldıqdan sonra azad agent statusundadır.

Çemberlen digər ölkələrdən gələn bir neçə təklifi rədd edib. Futbolçu İngiltərədə qalmağa üstünlük verir./Report/

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa