Elm və Təhsil Nazirliyinin 107 min manatlıq SORĞUSU REZONANS YARATDI

media-hightechnic-468x90

“107 min manatdan çox vəsaiti xərcləmək üçün hansı formada şəffaf sorğu keçirildiyi müəmmalıdır”.

media-9556ea5bad54163602c38e6a453592fa

Bu fikirləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi Elm və Təhsil Nazirliyinin rəsmi saytında da öz təsdiqini tapmış olan “Məktəbəqədər təhsil müəssisələrində məmnunluğun qiymətləndirilməsi üzrə sorğunun keçirilməsi” adlı layihəyə 107 min manat pul ayrılmasını şərh edərkən deyib.

Ekspert bunun ciddi maliyyə pozuntusu olma ehtimalı olduğunu bildirib:

“Bu qədər maliyyə vəsaiti ayrılıbsa konkret olaraq şəffaflıq təqdim olunmalı idi. Tutalım ki, biz bu sorğunu təkcə paytaxtda keçirmişik yoxsa respublikanın müxtəlif bölgələrində? Sorğu bölgələrə çıxıbsa burada ən azı nəqliyyat xərcləri var. Əməkdaşlar o bölgələrdə qalıbsa onların qalma xərcləri var, bunlar nəzərə alınır amma təbii ki, bu qədər maliyyə bu dediklərimi belə əhatə edə bilməz. Uzağı bunun yarısını əhatə edə bilər. Amma 107 min manatdan çox məbləğin kiçik sorğu keçirilməsi üçün büdcədən ayrılması düşünürəm ki, doğru deyil və burada konkret olaraq hansısa bir vəsaitin silinməsi baş verə bilər. Biz adətən sorğu keçirərkən onun haraları əhatə etdiyinə, hansı istiqamətlər üzrə keçirilməsinə baxırıq. Əməkdaşların nəqliyyat, qalma, qidalanma xərcləri və sair daxil edilə bilər amma dediyim kimi bu məbləğ üçün necə bir sorğu keçirilməlidir, bilmək olmur. Hətta bu sorğu bütün bölgələri əhatə etmiş olsa belə bu qədər şişirtmə olmamalıdır”.

media-screenshot_158

Ekspert bu kimi sorğuların maliyyə silmək üçün keçirilmə ehtimalının daha çox düşünülən olduğunu bildirib:

“Əgər bu təhsil mərkəzlərində məmnunluğun yoxlanılması üçün keçirilən sorğudursa bunu adi qaydada müvafiq ərazilər üzrə 3-5 nəfər əməkdaşla həyata keçirmək mümkündür. Bunun üçün ayrıca müsahibə mərhələsi təşkil etmək, əməkdaşlar cəlb edib seminarlar keçirmək kimi şeylər mənə görə, sanki, hansısa maliyyəni silməyə hesablanmış bir addımdır. Buna başqa ad tapa bilmirəm”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa