Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Elman Rüstəmov yalan danışır: manata təzyiqlər artacaq” - İDDİA

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib ki, manatın məzənnəsinin möhkəmlənmə riski zəifləmə riskindən böyükdür.

Onun bu fikrindən belə çıxır ki, hazırda manatın möhkəmlənmə tendensiyası özünü daha qabarıq şəkildə göstərir.

Lakin Yenicag.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli AMB rəhbərinin fikirlərilə razılaşmadığını bildirdi:

Həmsöhbətimiz əksinə, bu qənaətdədir ki, yaxın dövrlərdə manata ucuzlaşma istiqamətində təzyiqlərin olması ehtimalı daha realdır:

“Mərkəzi Bankın rəhbərinin optimist danışması əslində, onun vəzifə borcudur. Bazarda sakitləşmə və gözləntiləri aşağı salmaq həm də onun vəzifəsindən irəli gəlir. Ona görə də gələcəyə nikbinliklə baxmağa imkan verən bəyanatlar verir. Əslində isə Azərbaycanda daxildə və yaxın dövrlərdə xaricdə baş verəcək gözlənilən prosesləri nəzərdən keçirsək görərik ki, manata ucuzlaşma istiqamətində təzyiqlərin artması ehtimalı daha realdır. Çünki ölkənin bank sektorunda ciddi problemlər yaşanır. Xarici borcların qaytarılması üçün valyutaya tələbat artacaq. Ümumiyyətlə, bank sektorunda sağlamlaşdırma addımları davam edəcək. Belədə bank sektorunda növbəti müəyyən silkələnmələrin olması labüddür. Xaricdə isə Federal Rezerv Sistemi il ərzində iki dəfə faiz artımına gedəcəyini açıqlayıb. Çox güman ki, ilk faiz artımı iyulun 15-də baş tutacaq. Azərbaycana təsir göstərəcək ikinci məsələ neft qiymətlərilə bağlıdır. Bütün ümidlər OPEK toplantısına və hasilatın azaldılacağı ilə bağlı qərarın uzadılmasının neftin qiymətinə müsbət təsir göstərəcəyinə yönəlmişdi. Lakin bu da baş vermədi. Anlaşma əldə olunsa da neftin qiyməti ucuzlaşır. Artıq 51 dollara düşüb və gələcəkdə daha da ucuzlaşma ehtimalı var. Bu nöqteyi-nəzərdən baxdıqda, MB rəhbərinin proqnozlarını anlayışla qarşılasam da, nikbinliyi bölüşmürəm. Çünki daxildə və xaricdə cərəyan edən proseslər manata neqativ yöndə təzyiqin artmasına səbəb olacaq amillərdir”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

513
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100