!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elman Rüstəmovla Samir Şərifova qarşı çox ağır ittihamlar – “İkisi prezidentə qarşı birləşib…”

!Reklam – Yazi

скачанные файлы (1)Natiq Cəfərli: “Bu prosesdən sonra geri qaytarılmayan borcların həcmi daha sürətlə artmağa başlayacaq”

Hafiz Hacıyev: “Elmar Rüstəmova yazığım gəlir, bədbəxt adamdır”

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun son açıqlaması belə deməyə əsas verir ki, hökumət əhalinin banklardan dollarla aldığı kredit borclarının faizlə ödənilməsinin ikinci devalvasiyadan əvvəlki köhnə məzənnə ilə aparılması haqqında cəmiyyətdə səslənən tələblərə biganədir. Belə ki, mətbuata verdiyi açıqlamada E. Rüstəmov bunun baş verə biləcəyinə dair konkret fikir bildirmədi. Halbuki, bir müddət əvvəl hökumətdə də əhalinin kredit faizlərinin manatın devalvasiyasından sonra indiki kimi 1,55 deyil, 1,05 nisbətində verilməsinin mümkünlüyü barədə fikirlər səslənmişdi. Görəsən, niyə hökumət niyə kredit məsələsində qərarını dəyişərək, geri çəkilmədi?

İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirdi ki, MB-nin sözügedən məsələdə geri çəkilməməsi onun cəmiyyətlə danışmaq bacarığının olmamasından qaynaqlanır: “Bu məsələnin özü bir daha sübut etdi ki, Mərkəzi Bankın cəmiyyətlə danışmaq, kommunikasiya və verdiyi mesajlarının kəsərinin itməsi problemi var. Yaxın zaman kəsiyində bir-birini təkzib edən mesajların verilməsi son 1 ildə daha çox artıb. Mərkəzi Bank rəhbərinin ilk çıxışında krediti dollarla alanlar arasında onun köhnə məzənnə ilə ödənilməkdə davam edəcəyi istiqamətində müəyyən bir ümid yaranmışdı. Gözləniliredi ki, 5000 min dollara qədər kredit alanlara müəyyən güzəştlər olunacaq. Belə bir ab-hava yaranmışdı. Hətta Mərkəzi Bank rəhbəri bununla bağlı cəmi 250 milyon dollar vəsaitin lazım olduğunu da demişdi. Hansı ki, bu rəqəm o qədər də böyük məbləğ deyil. Belə bir gözləntilərin olduğu bir məqamda bir neçə günə əks açıqlama vermək və ölkədə belə bir addıma getməyin maliyyə sabitliyini poza biləcəyi ehtimalını irəli sürmək heç də yaxşı hal deyil. İnsanların onsuz da Mərkəzi Banka güvənliyi xeyli dərəcədə zəifləyib. Devalvasiyanın baş verməsi ərəfəsində belə Mərkəzi Bank onun olmayacağı haqqında ictimaiyyəti arxayın edən məlumatlar vermişdi. Amma ardınca devalvasiya baş verdi. Bu açıqlama isə MB-nin gözdən düşməsi prosesini daha da sürətləndirdi. Əslində, MB-nin birinci açıqlaması daha doğru idi. Çünki, bu açıqlamadan sonra topu hökumət tərəfə atmışdı və demişdi ki, hökumət 250 milyon dollarlıq resurs tapsa, həmin addımı etmək mümkündür. Amma dediyində israrlı olmadı. Nəticədə belə məlum olur ki, bu açıqlamalar MB-nin özü tərəfindən də təkzib olunur. Hökumət tərəfindən hər hansı bir addımların atılıb-atılmayacağı məlum olmadan MB təkzib verir. Bu da krediti dollarla olan insanlar üçün yaxşı heç nə vəd etmir. Çünki, insanların iş yerləri itirilib, gəlirləri azalıb. Ona görə də borclarını verə bilmirlər. Köhnə məzənnə ilə kreditlərin qaytarılması da baş vermədi. Vəziyyətin belə olmasının əks effekti olacaq. Onsuz da insanlar borclarını qaytara bilmir. Bu prosesdən sonra isə geri qaytarılmayan borcların həcmi daha sürətlə artmağa başlayacaq”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə maliyyə naziri və MB rəhbərinə xitabən bunladı söylədi: “Sözü insana, milləti sevənlərə deyərlər. Hökumət istəsə dollarla alınan 5 minlik kredit məsələsini də asanlıqla həll edə bilər. Lakin görünür, Elman Rüstəmov, Samir Şərifovun bir məqsədi var, möhkəm dirəniş göstərib, cənab prezidentin tapşırıqlarının yerinə yetirilməməsinə nail olmaq. Onlar fikirləşir ki, bu yolla xalqın narazılığını daha da genişləndirə bilərlər. Bu şəxslər heç zaman xalqın düşdüyü böhranlı vəziyyətdə ona əl uzatmaq barədə düşünməyib. Samir Şərifov televiziyada çıxış edərək xalqı ələ salır, Mərkəzi Bankın sədri də çıxış edərək həmin 5000 dollar kreditin köhnə məzənnə ilə ödənilməsinin mümkün olmadığını deyir. Necə olur ki, bir şöbə müdirinin Türkiyədə 20 villası ortaya çıxır, amma həmin pullar hesabına xalqın banklara olan kreditinin nisbətən də olsa ödənilməsi baş vermir? Belə olardısa xalqın dövlətə inamı daha da artar. Amma adını çəkdiyim bu insanlar bunu etmirlər. Burada məqsədləri də ölkə başçısını həmişə təzyiq altında saxlamaqdan ibarətdir. Çalışırlar ki, ölkə başçısının dediyi yerinə yetirilməsin. Elmar Rüstəmova yazığım gəlir, bədbəxt adamdır. O bu günlə yaşayır, amma həyat bu günlə qurtarmır axı? Bir neçə ildən sonra o xalqın üzünə necə çıxacaq? Bu qədər vicdansızlıq, milləti ələ salmaq olmaz. Nədən onlar prezidentdən nümunə götürmürlər? Prezident millətindən ötrü canını qoyur. Milli Bank sədri, yaxud da maliyyə naziri niyə buna riayət etmirlər? Azərbaycandan xaricə axan 94 milyard dolları Cahangir Hacıyevə oğurlayıb, villalar, zavodlar tikəndə, maliyyə naziri deyir ki, məni aldadıb pulu oğurladılar. Buna görə onların özləri də cinayət məsuliyyətinə cəlb olunaraq cavab verməlidirlər. Amma biz deyəndə bizə hücum edirlər. Məni ölümlə hədələyənlər var. Elman Rüstəmov nə qədər tez istefa verib getsə, xalqa bir o qədər yaxşı olar. Onlar özlərinin yaratdığı problemləri həll etməyəcəklər. Bu birmənalıdır. İqtisadi rəhbərliyin günahı üzündəndir ki, banklarda hazırda belə bir acınacaqlı durum yaranıb. Ayıbdır, heç olmasa prezidentdən nümunə götürsünlər”.

ELÇİN

www.yenicag.az

871
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv