Reklam

Reklam

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 12 il keçir.

Jurnalist Elmar Hüseynov 2005-ci ildə evin qarşısında açılan 7 atəş gülləsi nəticəsində qətlə yetirilib. Aparılan istintaq nəticəsində jurnalisti əslən azərbaycanlı Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirdiyi məlum olub.

2006-cı ildə Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu məhz onun dəstəsinin öldürdüyünü etiraf edib. Amma sonradan Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.

Aparılan istintaq tədbirləri nəticəsində Elmar Hüseynovun qətlində şübhəli bilinən Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov saxlanılmayıb.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 77
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."