!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elmar Məmmədyarov Vatikan Pontifik Şərq İnstitutunun rektoru ilə görüşdü

!Reklam – Yazi

Xarici İşlər naziri Elmar Məmmədyarov Müqəddəs Tax Taca rəsmi səfəri çərçivəsində bu ölkənin Pontifik Şərq İnstitutunun rektoru David Nazar ilə görüşüb.

XİN-dən “Report”a verilən məlumata görə, görüş zamanı rektor David Nazar təmsil etdiyi institutun yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib. Daha sonra D.Nazar institutun Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək bu əməkdaşlığın Azərbaycan ilə Vatikan arasında mövcud olan əlaqələrin inkişaf etdirilməsinə xidmət edəcəyini vurğulayıb.

E.Məmmədyarov səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək ölkəmizin sözügedən institutla əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb. Nazir qarşı tərəfə Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilmiş layihələri haqqında məlumat verib.

Görüş zamanı XİN-in Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə Pontifik Şərq Institutu(POI) arasında Anlaşma Memorandumu imzalanıb

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv