Ermənistan seçkiləri: “Paşinyan qalib gələcək, lakin əsas intriqa başqadır”

media-hightechnic-468x90

 

“Ermənistanda revanşist düşüncədə olan əhali təxminən 15-20% təşkil edir”

Bu sözləri Yenicag.az-a açıqlamasında REAL Partiyasının Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli bildirib.

Partiya lideri bu ayın 7-də Ermənistanda keçiriləcək seçkilərdən gözləntilərini bizimlə bölüşüb:

“Biz Ermənistandan çox da gözləntilərimizi artırmamalıyıq. Paşinyan və komandası Azərbaycanla dost olmaqdan danışmır. Paşinyan daha çox Azərbaycanla münasibətlərin normallaşmasından danışır. Qəribədir ki, onun rəqibləri olan 3 partiyadan hər biri keçmişdən danışır və hamısı Rusiya tərəfdarıdır. Namizədlər arasında yeganə Paşinyandır ki, yalnız gələcəkdən danışır ki, bu da ona böyük üstünlüklər gətirir. Erməni cəmiyyəti müharibədən qorxur, onlar müharibə istəmirlər. Onlar üçün 2020 və 2023-cü illər hadisələri müəyyən dərəcədə ciddi dərs olub. Ona görə də, Paşinyan və komandası sülhdən danışdıqca daha çox rəğbət toplayır. Düşünürəm ki, bu seçkidən Paşinyanın komandası lider çıxacaq amma əsas intriqa və problem odur ki, konstitusion çoxluqda olacaq yoxsa daha az fərqlə asılı vəziyyətdə qalaraq qalib gələcək, əsas məsələ bundan ibarətdir. Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasını istəyən seçici kütləsi kifayət qədərdir. Onlar da anlayırlar ki, Türkiyə və Azərbaycan arasında cəmi 2.5 milyonluq bir ölkə düşmənçilik apararaq yaşaya bilməz. Sadəcə 15-20% əhali köhnə havada qaldığını, revanşist düşüncədə olduğunu da vurğulamaq lazımdır.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05