Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Elmar Məmmədyarov yunanıstanlı həmkarı ilə görüşdü - FOTO

Reklam: High Technic

BMT BA-nın 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias ilə görüşüb.

Görüşdə öncə Nazir Elmar Məmmədyarov yeni Hökumətin seçilməsi münasibətilə yunan həmkarını təbrik edib.

O, Nazir N.Dendiasa Azərbaycan Respublikasının Yunanıstan Respublikasına yeni Səfirinin təyin olunduğu barədə məlumat verib.

Görüşdə Nazirlər Azərbaycan və Yunanıstan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar. Tərəflər arasında, xüsusilə qeyri-neft sektoru və turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi müzakirə edilib.

Bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və infrastruktur layihələri, xüsusilə də Avropanın enerji siyasətinin mühüm komponenti olan Cənubi Qaz Dəhlizi üzrə fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Yunanıstan Xarici İşlər nazirini Azərbaycana səfər etməyə dəvət edib.

www.yenicag.az

3798
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100