!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yunanıstan “Qalatasaray”ı qəbul etmədi – Gözlənilməz olay

!Reklam – Yazi

Türkiyənin “Qalatasaray” klubu növbəti mövsümə hazırlıq çərçivəsində “Olimpiakos”la yoxlama oyunu keçirmək üçün bu gün Yunanıstana yollanıb.

Yenicag.az xəbər verir ki, İstanbul təmsilçisi Afina hava limanında gözlənilməz davranışla üzləşib.

“Qalatasaray”ın koronavirus pandemiyası ilə əlaqədar PCR testləri yunanlar tərəfindən qəbul olunmayıb. Onlar bütün kollektivdən yeni testlər götürəcəklərini bəyan ediblər. Təxminən 2 saat sürən müzakirələrdən sonra müsbət nəticə əldə edə bilməyəcəklərini başa düşən “Qalatasaray” rəhbərliyi İstanbula dönməyə qərar verib.

Geri dönüş üçün təyyarə gözləyən türklərin testləri etibarlı sayılmadığı üçün hava limanında “lounge” xidmətlərindən də kənarda qalıblar.

COP29

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv