Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Elnur Abbaszadə: "5 ildən bir yox, 5 il birlikdə olacağıq" - FOTOLAR

Reklam: Sinerji Pro

Azərbaycanda fevralın 9-da baş tutacaq parlament seçkiləri öncəsi təşviqat kampaniyası çərçivəsində ölkə üzrə ən möhtəşəm görüş baş tutub.

Yenicag.az məlumat verir ki, 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizəd tanınmış hüquqşunas Elnur Abbaszadə yanvar ayının 26-da Sumqayıt Olimpiya idman kompleksində keçirilən görüşündə minlərlə seçici iştirak edib.

Tədbirdə Sumqayıtını tanınmış ictimaiyyət nümayəndələri, el ağsaqqaları o cümlədən Elnur Abbaszadənin vəkilləri iştirak ediblər.

Görüşdə Elnur Abbaszadənin vəkilləri Şəfiyev Duman, Məmməd Novruzov, Dostuxanım Zulfuqarova çıxış ediblər və Elnur Abbaszadə haqqında seçicilərə geniş məlumat veriblər. Seçkidə iştirak üçün çağırışlar ediblər.

Tanınmış hüquqşunas Elnur Abbaszadə çıxış edərək bildirib ki, mən seçkilərə ölkə başçısımız cənab İlham Əliyevin çağırışına əsaslanaraq qatılmışam yenilənən Sumqayıt üçün əlimdən gələni əsirgəməyəcəm.

“Mən Sumqayıtda doğulub yaşayıram, burada mənim ailəm doğmalarım, əzizlərim, dostlarım yasayır. Mən sizlərdən biriyəm. Sizin qayğılarınız mənim qayğılarımla eynidir. Mən sizlərin hər birinizi tanıyıram. Sizin vəkiliniz olmaq mənim üçün şərəfdir. Sizin vəkiliniz olaraq biz 5 ildən bir yox, 5 il birlikdə olacağıq. Sizin xoş sözləriniz məni daha da ruhlandırır. Ölkə başçısının apardığı islahatlara əsaslanaraq “İslahatlar zamanıdır səs ver” şuarı ilə təbliğat keçiririk.

Elnur Abbaszadə çıxışında qeyd edib ki, mənim qəbul günüm qəbul saatım olmayacaq mən Sizlərin yanında olacam hər zaman. Sumqayıtda olan çatışmamazlıqları birlikdə həll edəcəyik.

Görüşdə el ağsaqqalı Əli Qarayev çıxış edərək bildirib ki, Elnur Abbaszadənin seçki platforması Sumqayıtın inkişafına və seçicilərin problemlərinin həllinə yönəlib.

Heydər məscidinin imamı Rüfət Qarayev xalqı haqq-ədalətə tərəfdar olmağa, müqəddəs səs hüquqlarını qorumağa, millətin layiqli övladı Elnur Abbaszadəyə dəstək olmağa səsləyib.

Tanınmış hüquqşunas Bəhruz Bayramov qeyd edib ki, seçicilərin hər zaman əlçatan olan, parlamentdə sözünü deyə bilən, məhz Elnur Abbaszadə kimi bir deputata ehtiyacı var. O təcrübəli hüquqşunas olaraq öz bilik və bacarıqları ilə xalqa xidmət edəcək. Sumqayıtlıların hüquqlarını qoruyacaq.

Ceyranbatan məsçidinin imamı Ziyad müəllim isə vətəndaşlara üz tutaraq onları haqlarını müdafiə edən, problemlərinin həllinə dəstək ola biləcək namizədə səs verməyə dəvət edib.

Seçicilər də söz alaraq Elnur Abbaszadənin gənc olmağına baxmayaraq fəliyyəti dövründə hər zaman öz bilik bacarıqlarını xalqa xidmət etmək Azərbaycanın haqq səsini beynəlxalq təşkilatlarda çatdırılması və ölkənin ictimai siyasi həyatında fəal olmasını əsaslanaraq bu günə qədər gördüyü işləri yüksək qiymətləndirib, ona səs verəcəklərini açıqlayıblar.

Qeyd edək ki, görüşlə bağlı videoreportaj da yayımlanacaq.

www.yenicag.az

436
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100