Elşən Musayev: “Məzarın üstdə də artistlik edənlər var”
Bu dünyadan o dünyanı görmək çətin….Çox çətin!
Amma….o dünyadan bu dünya çox gözəl görünür! – Əminəm buna….
***
Çox xəyanətkar görürsən, o taydan. Bu da aydın…!
Amma heç qüssə etmə, bir gün hamı və hər şey öz çuxurunu tapacaq!
Mütləq tapacaq!
***
Bizi də küsdürdülər. İncitdilər. Yordular…. İnan! Həm də uzun-uzadı…
Amma….heç imtina etmədik sən buyurduğun yoldan!
İmtina etmədik bir azərbaycanlının seçə biləcəyi ən gözəl yoldan!
Vallah ki, billah ki, etmədik….
***
Sənin ən böyük yadigarın nə yaxşı, bu gün meydanda…
Çox şükür ki, meydanda!
O var deyə, hələ çox sifətlər görünmür, çox üzlər açılmır, çox nakişilər özünü bəlli etmir! Daha doğrusu edə bilmir!
Amma….heç etməsin də….! Edə bilməsin də….
İlham Əliyev daima o qədər güclü olsun ki, Quska kimi harınlar, Gültəkin kimi nankorlar elə bağırdıqları, çığırdıqları, batdıqları yerdə də ilişib, karıxıb,qalsınlar…
Dizləri üstündə olan çörək elə diz üstdə də qoysun onları…
***
Bayaq AzTV-yə baxıram, Ulu Öndər…
Məzarın üstdə də artistlik edənlər var. Deyilmi? Nə yazıq…
Amma, olsun!. Səbrli ol. Azərbaycanı hansı səbrlə hifz elədinsə, ruhuna da həmin səbri təlqin etl!!!. Döz o insanlara. Çox deyillər. Bəziləri hərdən əməllicə “kluçevoy” xarakter alsalar da çox deyillər. Əmin ol ki çox deyillər.
Oğlun İlham Əliyevin ətrafında əsl kişilər, əsl Heydər Əliyevçilər də yetərincədir!
***
Sən – Azərbaycan adlı çox mükəmməl bir əsərin müəllifisən, Heydər Əliyev!
Sən – bizim adımızı, sanbalımızı, milli qururumuzu özümüzə qaytaran birisən!
Sən – bildiyimiz ən böyük mövzusan….!
Sən – gerçək bir xilaskarsan….!
Sən…çox dəyərlisən – Heydər Əliyev…Çox dəyərli!!!
***
Bu gün sənin bizlərlə görüş imkanın yox…! Aydındır!
Fəqət, .zamanı çatanda biz o görüşə gələcəyik! Mütləq gələcəyik!,
Bu da başqa bir reallıq!!!
Tanrı özünə Heydər Əliyevçi deyənlərin heç birini o görüşdə utandırmasın….!
Tanrı o görüşdə kimsəni yerin dibinə soxmasın….İnşallah….
***
Səninləyik!
Sonsuza qədər!
Ruhun şad olsun….