!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elza Seyidcahana kimin qadağa qoyduğu açıqlandı

!Reklam – Yazi

1424017699_elza_seyidcahan_8812a616a4f0397bf73eb2e265d35902Bəstəkar-müğənni Elza Seyidcahan efirdə şeir oxumasına qadağan qoyulduğu barədə açıqlama verib.

Bu barədə Xəzər TV-də efirə gedən “Hər şey daxil” verilişində söz açan müğənni-bəstəkar bildirib ki, ona bu qadağanı qoyan oğlu Əkbərdir: “Oğluma söz vermişəm ki, efirdə bir də şeir deməyəcəm. Şeirlərimi kitab şəklində buraxacam. Sevənlərim hamısını orada oxuyar”.

Bununla bağlı musavat.com-a açıqlama verən Elza Seyidcahan oğlunun daha çox hansı şeirə görə bu qərarı verməsi barədə danışmaq istəməyib: “Hazırda İstanbuldayam. Vətənə geri döndükdən sonra bu barədə danışacam. Bütün türk mətbuatı tələbəm Mehman Tağıyevin dekabrın 19-da “Turkvision” yarışmasında edəcəyi çıxışından yazır. Onun yarışmada oxuyacağı “İstanbul” mahnısının sözləri Qənirə Paşayevaya, musiqisi isə mənə məxsusdur. Mahnını dinləyənlər barəmizdə bu cür yazırlar: “İki azərbaycanlı qızı İstanbuldan yazdı. Elə yazdılar ki, sanki İstanbulda doğulublar”.

Xatırladaq ki, bəstəkar-müğənni tez-tez qeyri-adi şeirləri ilə gündəmə gəlir. Onun xüsusilə “Bığ” şeiri sosial şəbəklərdə populyarlıq qazanıb. Həmin şeirini əməkdar artist bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) və Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin (İLESAM) birgə təşkil etdiyi “Bir millət iki dövlət” layihəsi çərçivəsində Ankarada rəsmi görüşlərin birində təqdim etmişdi. /Musavat.com

COP29

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv