Elnarə səsini BELƏ QORUYUR - Sirri AÇDI
Müğənni Elnarə Xəlilova səsini qorumaq üçün riayət etdiyi qaydalardan danışıb.
Yenicag.az xəbər verir ki, “Xəzər axşamı”nda sənətçi ilk növbədə səs tellərinə ziyan vuracaq qidalardan uzaq durmağı məsləhət görüb. O, hətta yay fəslində belə soyuq su içmədiyini deyib:
“Yediyin qidalara diqqət etmək lazımdır. Mədə turşuluğunu qaydasında saxlamaq lazımdır. Çünki mədə turşuluğu çox olanda qalxıb yuxarı səs tellərini yandıra bilər. Buna diqqət etmək lazımdır. Yəni hər qidanı qaydasında, lazımi qədər yemək lazımdır. Aşırı miqdarda acılı, turşu, soyuq qidalar qəbul etmək olmaz. Yayda belə soyuq su içmək olmaz. Bunlara riayət edərək, səsi qorumaq lazımdır”.
Nehru













