Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın deputatlığa namizədliyi qeydə alınıb.
Yenicag.az xəbər verir ki, bu barədə Əməkdar artist sosial şəbəkədə özü məlumat yayıb.
Elza Seyidcahan 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyini irəli sürüb. Sənətçiyə namizədliyinin qeydə alınması barədə müvafiq vəsiqə təqdim olunub.
Qeyd edək ki, 23 saylı Nəsimi – Səbail seçki dairəsindən deputat Ziyad Səmədzadədir. Elza Seyidcahanın bu dairədə hakim Yeni Azərbaycan Partiyasından (YAP) rəqibi 35 yaşlı Elnur Rəhimovdur. O, “Bakı Tikiş Evi” ASC-nin sədri Fidail Rəhimovun oğludur.