Skopyada 11-ci Beynəlxalq Yahya Kemal Beyatlı Türk Dilli Şeir Şöləni keçirildi

media-hightechnic-468x90

Şimali Makedoniyanın paytaxtı Skopya şəhərində 11-ci Beynəlxalq Yəhya Kamal Bəyatlı Türk Dilli Şeir Şöləni təşkil olunub.

Yenicag.az xəbər verir ki, tədbir Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi və MATÜSİTEB tərəfindən təşkil edilib.

Şöləndə TİKA sədri Abdullah Ərən, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Mustafa Şəntop, MATÜSİTEB sədri Təhsin İbrahim, eləcə də türk dünyasının müxtəlif ölkələrindən şairlər, yazarlar və ədəbiyyat adamları iştirak ediblər.

Tədbirdə VHP Qadınlar Şurasının sədri, yazar Aysel Xanlarqızı da iştirak edib. O, şeir şöləni çərçivəsində Türkiyənin TRT kanalı və bir sıra yerli televiziya kanallarına açıqlamalar verərək türk dilinin və ədəbiyyatının beynəlxalq səviyyədə qorunması və yaşadılmasının əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, şöləndə Türkiyə, Azərbaycan, Şimali Makedoniya, Kosovo və digər ölkələr daxil olmaqla, 12 ölkədən 30 şair öz şeirlərini səsləndirib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Səfər çərçivəsində Skopyenin türklərin yaşadığı məhəllələri, tarixi məkanları, eləcə də böyük şair Yəhya Kamal Bəyatlının doğulduğu ev ziyarət olunub. Qeyd edilib ki, 21 dekabr – Türk Dil Günü ilə əlaqədar tədbirlər Skopyedə müxtəlif formatlarda davam etdirilir.

Tədbirin əsas təşkilatçıları Makedoniyada fəaliyyət göstərən Körpü Dərnəyi və “Körpü” jurnalının təsisçiləri, ictimai xadimlər Leyla Şərif Emin və Xosrov Emin olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa