Əməkdar artist ÖLÜMDƏN DÖNDÜ: “İki dəfə “kəfəni yırtdım”
Aprelin əvvəlində ağciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilən tanınmış aktyor, Əməkdar artist Vahid Əliyevin xəstəxanada müalicəsi hələ də davam edir.
Bunu Yenicag.az-a açıqlamasında aktyor özü deyib.
Yaxın günlərdə evə buraxılacağını bildirən aktyor səhhətindən danışıb:
“İki dəfə ölümdən qayıtdım. Birinci dəfə aprelin 4-də, ikinci dəfə də mayın 14-də… Hər ikisində də “kəfəni yırtdım”. Görünür, Allah yazan ömrüm hələ bitməyib. Göydə Allahın, yerdə həkimlərin sayəsində ayaqdayam. Yəqin ki, gələn həftəyə qədər xəstəxanadan evə buraxılacağam. Amma müalicələrim davam edəcək. Həkimlər deyir, özünü qoru, amma olmur”.
Cəvahir