!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən onu TƏNQİD EDƏNLƏRƏ: “Cavan gəlindir, çıxıb efirə ki...” - VİDEO

!Reklam – Yazi

Tanınmış aktrisa Sonaxanım Əliyevanın “Elə bil Bakıya bal yaxıblar, bölgələrdən gələnlərin əlindən nəfəs almaq olmur” sözləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və sərt tənqidlərə tuş gəlib.

Yenicag.az-a açıqlama verən aktrisa insanlar tərəfindən düzgün anlaşılmadığını bildirib. O, həyat yoldaşını kənddə qoyaraq Bakıya qaçan və burada qalmağa qərar verən qadınları hədəfə aldığını bildirib:

“O videonun bir hissəsini kəsib yayıblar. Heç kim bilmir ki, o fikirləri niyə səsləndirmişəm. Qadınlar ailə qurur, uşaq dünyaya gətirir, kənddən şəhərə qaçır. Sosial verilişlərə baxırsan, cavan-cavan gəlinlər efirə çıxıb başlayırlar ki, ərim məni döydü, gəldim Bakıya, geri qayıtmaq istəmirəm, səninlə yaşamaq istəmirəm, Bakıda qalıb işləyəcəm, məni axtarma. Yaxud da əri bir şillə vurur, ailəsini, uşağını atıb qaçır Bakıya. Niyə gəlirsən Bakıya, otur ərinin yanında. Ay xanım, iki-üç uşağı niyə atıb gəlirsən bura, sonra da başlayırsan ucuz-ucuz kafelərdə iş axtarmağa. O kişi ilə belə sənə xoş deyildisə, niyə o uşaqları dünyaya gətirib bədbəxt edirdin? Ərin də səninlə bərabər gəlirsə, bu başqa məsələ. Gəlin, ailəlikcə yaşayın. Yoxsa ki ərim məni döydü, gəldim bura, geri qayıdan deyiləm. Olmaz axı belə. Onda hər qadın kənddə ərini atıb Bakıya gəlsə, sosial verilişlərə çıxıb, həyat yoldaşına xəbər yollasa ki, mənim adımı bir də tutma, kənddə ailə qalmaz ki…”

Cəvahir

www.yenicag.az

2887
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv