!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən QINAQ ATƏŞİ: “O mahnıların əlindən efirlərə gedə bilmirəm”

!Reklam – Yazi

 

“Mən o mahnıların əlindən heç efirlərə də gedə bilmirəm”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Əməkdar artist, tanınmış müğənni Firuzə İbadova deyib.

O, bayağı mətnlərdən ibarət mahnılarla bağlı sualımızı cavablandırıb:

“Musiqiyə qazanc yeri kimi baxmaq lazım deyil. O mahnıları dinləmirəm. Musiqiyə “bayağı” sözünü belə yaraşdırmıram. Sadəcə olaraq, onlara yadda qalmayan söz yığmağı kimi baxıram. Bəlkə də çoxları məndən inciyəcəklər bu sözümə görə, amma inciməsinlər. Hesab edirəm ki, o musiqilər efirlərə buraxılmamalıdır. Qoy, özləri üçün oxusunlar, pul-paralarını qazansınlar, hər kəsin ailəsi var. Amma musiqini korlamasınlar. Azərbaycan musiqi mədəniyyəti musiqi üzrə dünya üzrə yarışa çıxsa, birinci olar. Çünki bizim klassik musiqimiz var. Keçən əvvəllər bu sualı versəydiniz, deyərdim, bu suala cavab verməzdim, deyərdim, qoy, hər kəs oxusun. Amma indi artıq səsimi çıxarmalıyam. İllərim də mənə icazə verir ki, bu barədə danışım. Qulaq asmıram o mahnılara, çünki dinləyib, beynimi korlamaq istəmirəm. Televiziyaların çoxuna getməməyimin də əsas səbəbi budur. Mən qalmaqal adamı deyiləm. Bunu hər kəs bilir. Heç kimin qəlbinə dəymədən deyirəm ki, o mahnılara qulaq asmıram. Əlbəttə, mənim o mahnıları dinləməməyimlə dünya dağılmır. Sadəcə olaraq, sual verdiniz, cavab vermək borcumuzdur. Musiqi mədəniyyətimizi qoruyaq, çünki bizim sərvətimizdir”.

Cəvahir

COP29

www.yenicag.az

698
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv