!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən SƏRT SÖZLƏR: “Bir dəfə istifadə olunur, sonra atılır”

!Reklam – Yazi

“Bu dəqiqə yaxşı sənətkarlar oturub evdə, bayağı mahnı oxuyanlar da hər gün toydadır”.

Yenicag.az xəbər verir ki, bu sözləri xanəndə, Əməkdar artist Cabir Abdullayev deyib.

Bayağı və zəif mahnıların daha çox təbliğ olunduğunu deyən xanəndə bu cür mahnıların gənclərin musiqi zövqünü korladığını bildirib:

“Bu gün el şənliklərində, efirlərdə elə mahnılar səslənir, məəttəl qalırsan ki, bu nə mahnılardır ki, belə təbliğ olunur? Nə sözü sözdür, nə musiqisi musiqi. Nədənsə bayağı mahnılar tez dəbə minir. Amma əminliklə deyə bilərəm ki, belə mahnıların ömrü uzun olmur. Loru dillə desəm, əvvəllər bir iynə olurdu, onu qaynadırdılar, dəfələrlə istifadə edirdilər, sonradan birdəfəlik iynələrdən istifadə etməyə baladılar. İndiki mahnılar da belədir, bir dəfə istifadə olunur, sonra atılır.

Hamısına şamil etmirəm, yaxşı musiqilər də var, amma zəif, bayağı mahnılar daha çoxdur. Bu mahınlar da gənclərin musiqi zövqünə mənfi təsir göstərir. Təəssüflər olsun ki, elə mahnıların ifaçıları daha çox məşhurdur.

Bu dəqiqə yaxşı sənətkarlar oturub evdə, amma bayağı mahnı oxuyanlar hər gün toydadır. Özlərini də bütün günü efirlərdə təbliğ edirlər ki, ay belə trenddəyəm, ay belə sevilirəm, ay belə qazanıram… Efirlərdə də onları tərifləyib sənətkar zirvəsinə qaldırırlar. Böyük sənətkarlar onlara sənətkar kimi müraciət olunanda utanır”.

Cəvahir

www.yenicag.az

473
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv