!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Əməkhaqqının artması bahalaşma dalğasına təkan verəcək" - İQTİSADÇI

!Reklam – Yazi

“Birinci rübün sonu, yəni aprel-may aylarından sonra bahalaşma ilə bağlı tendensiya azalmağa başlayacaq”.

Bu sözləri Milli Məclisdə büdcə müzakirələri zamanı gələn ilin birinci yarısından bahalaşmanın tamamilə dayana biləcəyi ilə bağlı səsləndirilən proqnozu dəyərləndirən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçının sözlərinə görə, qeyd olunan proqnozun reallığı əks etdirməsi müəyyən mənada doğru deyil, çünki bahalaşma dalğası tezliklə sona çatmayacaq:

“2021-ci ilin birinci yarısında bahalaşmanın tamamilə dayanacağını söyləmək çətindir. Çünki bahalaşma birinci rübün sonuna kimi davam edəcək. Birinci rübün sonu, yəni aprel-may aylarından sonra bahalaşma ilə bağlı tendensiya azalmağa başlayacaq. Bu azalmanın nə vaxt tamamilə sıfırlanacağını dəqiq söyləmək çətin məsələdir. Ola bilər ki, bahalaşma dalğası yayın ortaları və ya sonunda dayansın. Fikrimcə, gələn ildən etibarən əməkhaqqılarının artırılması bahalaşma dalğasına təkan verən faktor olacaq. Təbii olaraq gəlirin artması inflyasiya meylini artıracaq və bahalaşma sürətlənəcək. Bu vəziyyət təxmini 1-2 ay ərzində sabitləşəcək. Ümumi inflyasiya isə ilin yarısı və ya bir qədər daha uzun davam edə bilər”.

Gülşən Şərif

www.yenicag.az

690
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv