Bayramqabağı bahalaşmanın SƏBƏBİ: “Deyir, heç olmasa, qəssabxanadan ət alım ki...” – VİDEO
“Hər Qurban bayramında qiymətlər qalxır kəllə-çarxa, amma heç bir dövlət qurumu bazarın bu mövsümdə tənzimlənməsi ilə məşğul olmur. Qurbana sayılı günlər qalıb, qəssabxanalarda artıq bahalaşma başlanıb”.
Bunu Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli deyib.
İqtisadçı-ekspert qarşıdan gələn Qurban bayramında diri heyvan bazarında və qəssabxanalarda qiymətlə bağlı vəziyyəti şərh edib.
“Qurban bayramı ərəfəsində diri heyvan azarında qiymətlərin bahalaşması qaçılmazdır. Çünki ölkə daxilində tələbat yüksək, təklif isə məhduddur. Həm topdansatış ət bazarında tələbat artır, eyni zamanda, qəssabxanalardan ət alanların sayı çoxalır. Qoyun ala bilməyənlər deyir, heç olmasa, xərc-borc edim, alım, bayramda uşaqlar ət yesin”.
Ekspert qiymətlərin tənzimlənməsi üçün çıxış yollarını da göstərib.
Videonu təqdim edirik:
Cəvahir
Samir Məcidov