Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Müğənni Emildən ailəsi ilə bağlı İNANILMAZ ETİRAF: “Xanımıma bunu qadağan etmişəm”

Müsahibim şou-biznesin “dəymə mənə, dəyməyim sənə” prinsipi ilə yaşayan nümayəndələrindəndir. Həmişə qalmaqallardan qaçıb, dedi-qodudan uzaq olub. Emil Bədəlovu deyirəm.

Müğənninin Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Emil, qalmaqallardan həmişə uzaqsan. Ümumiyyətlə, şou-biznesdə olub, çirkabına bulaşmamaq çətindir. Bunun üçün neynirsən?

– Təbii ki, çətinliklər var, insan düzgün olsa, yalançı olmasa, kiminsə haqqına girməsə Allah onun yolunu açacaq.

– Heç sənin haqqına girənlər olub?

– O qədər… Əslində, insan özü-özünü aldadır. Sadəcə ona elə gəlir ki, qarşısındakını aldatdı.

– Haqsızlıqla üzləşəndə reaksiyan necə olur?

– Şəxsiyyətimə kimsə toxunsa, dərhal cavabını alır. Düzdür, sənətə təzə-təzə gəldiyim vaxtlarda kimlərsə buna cəhd etmək istədi, amma cavablarını alıb, yerlərində oturdular. Başqa hərəkətlər də olub, reaksiya bildirməmişəm.

– Məsələn?

– Olub ki, “torba”mı tikiblər, toya çağırıblar, amma Bakıda ola-ola, deyiblər ki, Rusiyadadır. Həmin toya özləri gedib oxuyublar. Yaxud da Rusiya toylarına çağırıblar, pəlimi vurub qoymayıblar. Belə hallarla qarşılaşanda heç birinə cavab verməmişəm.

– Qəzəblənəndə fiziki hərəkətlərlə cavab verirsən, yoxsa?

– Yox. Amma lap əvvəllər belə hallar olurdu, qol gücünə keçirdim. Amma indi düşünürəm ki, söz əl hərəkətlərindən daha kəsərlidir.

– Toy bazarında vəziyyət necədir?

– Keçən il devalvasiya ilə bağlı zəifçilik idi, şükür, bu il vəziyyət düzəlib.

– Toylarda bəzən xoşagəlməz hadisələr çox olur. Belə hadisələrlə qarşılaşanda səbrli davrana bilirsən?

– Bəzən yox, çox vaxt xoşagəlməz hadisələrlə qarşılaşırıq. 500-600 adamın reaksiyasına tab gətirmək asan iş deyil. Biri gülür, biri sərxoş vəziyyətdə gəlib sifariş verir, ağzına gələni danışır. Bunların hamısı stresdir. Yaxud da üç adam eyni vaxtda mahnı sifariş edir – qalırsan belə. Başa sala bilmirsən ki, ay balam, eyni vaxtda üç mahnını oxuya bilmərəm. İnada düşür ki, yox e, bu dəqiqə oxumalısan. Məcbursan ki, səbrini basıb, hamını yola verəsən. Çünki çörəyimiz də bu məclislərdən çıxır.

– Heç sən olan toyda dava düşüb?

– Ən son həddə qədər dözmüşəm, səbr nümayiş etdirmişəm.

– Qayınatan da çox məşhur sənətkardır. Heç ailə işlərinizə qarışır?

– Heç vaxt. Buna görə də onun xətri çox əzizdir. Əsl mən istəyən kişidir.

– Mühafizəkarsan, ümumiyyətlə, evdə sərt qadağaların varmı?

– Qadağalar deyəndə ki, nişanlı vaxtından bir-birimizi tanıyırıq. Həyat yoldaşım nəyin xoşuma gəlib-gəlmədiyini çox yaxşı bilir.

– Yaxşı onda de görək, ən sərt xüsusiyyətin nədir? Hansı ki, həmin vaxt Emilə söz demək mümkün deyil, dərhal üzü dönür?

– Demişəm ki, yuxudan tam oyanmamış məndən pul istəməyin, onda dəli oluram. Tapşırmışam ki, səhər yeməyimi yeyim, özümə gəlim, üzüm gülsün, sonra pul istəyin.

– Bahalı avtomobillə aran necədir?

– Xüsusi marağım olmayıb. Ay mənim nömrəm “zerkalni” olsun, məndə belə həvəs yoxdur. Maşınım ucuz da deyil, ayağımı yorğınıma görə uzadıram.

– Markası nədir?

– “Nissan Pathfinder”

– Qiyməti bəs?

– 60 min.

– Yol polisləri ilə aran necədir?

– Əla.

– Düzünü de, indiyə qədər ən böyük cərimənin məbləği nə qədər olub?

-Beş-altı ay əvvəl MMK-ya 2700 manat pul ödəmişəm. Bu gün də 613 manat qalmışdı, onu ödədim. Nə qədər edirəm alınmır, yenə də cərimələr olur. Amma yol polislərini qınayanları alqışlamıram. Əgər onlar elə sərt olmasalar, maşını adamın üstünə sürərlər.

Cəvahir Səlimqızı
Yenicag.az

Loading...

www.yenicag.az

1432
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100