Geridə qoymağa hazırlaşdığımız 2023-cü il həm də sənət aləmində bəzi məşhur simaların dünyasını dəyişməsilə itkilərlə yadda qaldı.
Yenicag.az bu il dünyasını dəyişən məşhurların siyahısını təqdim edir:
Yanvarın 22-də Əməkdar artist, “Toppuş bacı” kimi tanınan Tünzalə Əliyeva xərçəng xəstəliyi səbəbindən bu dünya ilə vidalaşdı.
Fevralın 5-də tanınmış müğənni Zeynəb Dostəliyeva vəfat etdi.
Fevralın 21-də Xalq artisti Ramiz Novruzu itirdik. Sevilən aktyor 67 yaşında xərçəng xəstəliyinin qurbanı oldu.
Aprelin 29-da tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov vəfat etdi. 81 yaşlı sənətkar plevritdən (ağciyərə su yığılması) xəstəliyi səbəbindən həyatını itirdi.
Əməkdar artisti, tanınmış aktyor, rejissor Elxan Qasımov mayın 29-da, 78 yaşında vəfat etdi.
İyulun 20-də tanınmış aparıcı Natəvan Babayeva 46 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişdi.
Əməkdar artist Rəhman Rəhmanovun oğlu, müğənni Emil Rəhmanov sentyabrın 19-da ömrünün 44-cü baharında qəfildən ürək tutması nəticəsində həyata vida etdi.
Sentyabrın 23-də Əməkdar mədəniyyət işçisi, səs rejissoru, Prezident təqaüdçüsü Əsəd Əsədov vəfat etdi.
Dekabrın 14-də Xalq artisti, tanınmış aktyor Ramiz Məlik dünyasını dəyişdi. Mərhum aktyor, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Dekabrın 23-də Əməkdar mədəniyyət işçisi, rejissor Gülçöhrə Şəfiyeva 74 yaşında şəkər xəstəliyindən vəfat etdi.
Martın 22-də əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişdi.
Alah rəhmət eləsin.
Cəvahir
www.yenicag.az