Eminin adından dələduzluq etmək istədilər

media-hightechnic-468x90

Xalq artisti Emin Ağalarovun adından istifadə edərək süni intellekt texnologiyası vasitəsi ilə dələduzluq etməyə cəhd ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında məlumat yayıb. Emin vurğulayıb ki, onun simasından və səsindən istifadə edərək insanlara müxtəlif vədlər verirlər. O, izləyicilərini bu tip videolara inanmamağa çağırıb:

“Dostlar ehtiyatlı olun, dələduzlar var. İnternetdə süni zəka ilə yaradılan video yayılıb. Yeri gəlmişkən, çox da yaxşı hazılanıb. Düzdür, səs o qədər də oxşamır, amma mimika və danışıq bənzəyir. Orada deyir: “Sizə maliyə azadlığı təklif edirəm”. Bu, mən deyiləm. Onlar dələduzlardır. Onlara qulaq asmayın. Heç bir platformada heç kimə gəlir vəd etmirəm. Bunlara inanmayın”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600