Epşteyndən FETÖ izi çıxdı: Çirkli ittifaqın pərdəarxası

media-hightechnic-468x90

Dünyanı sarsıdan Epiştein sənədləri FETÖ-nün xaricdə qurduğu gizli əlaqələri bir daha üzə çıxarıb. ABŞ Ədliyyə Nazirliyinin yaydığı sənədlər göstərib ki, FETÖ terror təşkilatının eks-lideri Fətullah Gülənin Türkiyəyə qaytarılmaması üçün qurulan hüquq və lobbi şəbəkəsi Epşteynlə birbaşa əlaqəli olub. Yəni ortada təsadüf yox, planlı fəaliyyət var.

media-whatsapp-image-2026-02-05-at-10-08-48-1

5 avqust 2016-cı ildə Gülənin vəkili Reid Weingarten Epşteynə e-poçt göndərib. Yazışmalardan aydın olub ki, əsas məqsəd Gülənin iadəsini dayandırmaq və bunun üçün ABŞ mediasına, siyasətçilərinə təsir göstərmək idi. Məktubun ilk göndəricisi “Podesta Group”da işləyən Will Bohlen olub. Həmin dövrdə o, FETÖ adından ABŞ-da lobbi işi aparıb. E-poçtun alıcıları arasında Jason Weinstein, Michael Miller və Michael Keough da yer alıb. Bu şəxslər Gülənin iadesinə qarşı yaradılan hüquq qrupunda olub. Erin Billings və William Drake də eyni xətt üzrə FETÖ üçün işləyib. Yazışmalarda ABŞ-dakı FETÖ şəbəkəsinin əsas fiqurları – Yüksel Alp Aslandoğan, Remzi Güvenç Kulen və Osman Öz də görünür.

Epşteynin cinsi istismar ittihamlarını ört-basdır etməyə çalışan Reid Weingartenin eyni zamanda Gülənin də vəkili olması sənədlərlə təsdiqlənib. Weingartenin komandası ilə FETÖ-nün ABŞ-dakı AFSV adlı qurumunun rəhbəri Yüksel Alp Aslandoğan arasında yazışmalar aparılıb. Bu yazışmalarda Türkiyə əleyhinə təbliğatın necə qurulacağı, Reuters, BBC, Wall Street Journal, USA Today və Al Arabiya-da yayımlanan Gülən müsahibələrinin mətnlərinin redaktə edilməsi və başqa dillərə çevrilməsi razılaşdırılıb. Sənədlərdə Epşteynin bu media işindən sonra vəkilini təbrik etdiyi də yer alıb. Bu fakt FETÖ-nün media, hüquq və lobbi əlaqələrinin birlikdə işlədiyini göstərib.

media-whatsapp-image-2026-02-05-at-10-08-49

Ağ Evə gedən yol

Sənədlər FETÖ rəhbəri ilə bağlı Steve Bannona göndərilən mesajları da ortaya çıxarıb. Epşteynin ölümündən əvvəl Bannonla gizli müsahibə verməsi də diqqət çəkib. Bannon, Donald Trumpın prezidentliyinin ilk dövründə Ağ Evdə əsas fiqurlardan biri olub. 2017–2019-cu illərdə Epşteynlə Bannon arasında minlərlə mesaj və e-poçt olub. Bu yazışmalarda FETÖ ilə bağlı xəbərlərin mediaya necə verilməsi və hansı dilin istifadə olunması müzakirə edilib.

Epşteynə göndərilən e-poçtlarda 15 iyul çevriliş cəhdindən sonra Gülənin Pensilvaniyadakı düşərgəsində çəkilən “sual-cavab” videosunun jurnalistlərə necə ötürüləcəyi detallı şəkildə danışılıb. 5 avqust 2016-cı il tarixli “Audio Recording – Fətullah Gülən” adlı məktub birbaşa Reid Weingarten tərəfindən Epşteynə göndərilib. Orada Reuters, BBC və Al Arabiya-da çıxan xəbərlərin təhlili aparılıb.

media-whatsapp-image-2026-02-05-at-10-08-49-1

İadəyə maneə

Sənədlərdə ABŞ Ədliyyə Nazirliyi ilə aparılan danışıqlar, Türkiyədən göndərilən sənədlərə necə yanaşılacağı və Gülənin açıqlamalarının hansı formada təqdim ediləcəyi açıq şəkildə yazılıb. Bu da göstərib ki, FETÖ ABŞ-da hüquqi və media əlaqələrini bir mərkəzdən idarə edib.

media-whatsapp-image-2026-02-05-at-10-08-49-2

FETÖ daxilində gərginlik

Weingartenin həm Epşteynin, həm də Gülənin vəkili olması üzə çıxandan sonra FETÖ tərəfdarları arasında sosial şəbəkələrdə mübahisələr başlayıb. Paylaşımlar tez silinsə də, təşkilat daxilində ciddi narahatlıq yaranıb.

Epşteyn dosyesi təkcə bir cinayət işi olmayıb. Bu sənədlər FETÖ-nün ABŞ-da necə lobbi qurduğunu, media və hüquq əlaqələrindən necə istifadə etdiyini açıq şəkildə göstərib. Uşaq istismarı ilə ittiham olunan bir şəxsi müdafiə edən vəkilin eyni zamanda FETÖ liderini də qoruması bu şəbəkənin nə qədər qaranlıq olduğunu bir daha sübut edib. FETÖ-nün qurduğu saxta imic bu ifşalarla dağılıb. Təəssüf ki, FETÖ təhlükəsi Azərbaycandan başqa bir çox yerlərdə bilinməkdədir. Nə sirrdirsə, ölkə olaraq bir çox təhlükə kimi FETÖ təhlükəsinə də laqeyd yanaşmaqda davam edirik.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05