Əraqçi: "ABŞ ilə danışıqlarda hər şey qarşı tərəfdən asılıdır"
“İranın nüvə dosyesi ilə bağlı danışıqlarda əsas məsələ artıq tamamilə ABŞ-nin ixtiyarındadır”.
Yenicag.az xəbər verir ki, bunu “MS Now” telekanalına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Hər şey qarşı tərəfdən asılıdır”, – deyə nazir qeyd edib.
Xatırladaq ki, Omanın vasitəçiliyi ilə keçirilən İran-ABŞ danışıqlarının ikinci raundu fevralın 17-də başa çatıb. Hər iki tərəf dialoqda irəliləyiş olduğunu bəyan edib. Lakin bir neçə nüfuzlu media orqanları özəl mənbələrinə istinadən ABŞ-nin yaxın günlərdə İrana zərbələr endirəcəyini bildiriblər./Oxu/













