Ərdəbildən Azərbaycana dəmir yolu xətti çəkiləcək

media-hightechnic-468x90

“Ərdəbildən Parsabada oradan da Azərbaycana dəmir yolu xətti çəkiləcək”.

Yenicag.az xəbər verir ki, bu sözləri İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi deyib. Prezident İbrahim Rəisi ilə birlikdə Ərdəbil vilayətinə səfər edən nazir onu da nəzərə çatdırıb ki, bu yolun inşası üçün artıq 100 milyard tümən vəsait ayrılıb.

Rüstəm Qasemi dəmir yolu ilə paralel olaraq magistral avtomobil yolunun çəkiləcəyini nəzərə çatdırıb.

Qeyd edək ki, İranın Parsabad şəhəri Araz çayının sahilində Azərbaycanın Horadiz qəsəbəsilə həmsərhəd regionda yerləşir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600