Ərdoğan ailəsindən daha bir əsər: Berat Albayrakın kitabı nəşrə hazırlanır

media-hightechnic-468x90

Türkiyə prezidenti ilə xanımından sonra onların kürəkəni də qələmini sınamaq qərarına gəlib.

Yenicag.az “Odatv”yə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni, keçmiş maliyyə naziri Berat Albayrakın kitabı nəşrə hazırlanır.

Məlumata görə, Albayrakın hazırda son redaktə mərhələsində olan kitabının adı hələ açıqlanmır. Bildirilir ki, kitabında siyasi məsələlərə geniş yer verən Albayrak oxuculara özünün haqlı olduğu mesajını verir.

Qeyd edək ki, buna qədər Ərdoğanın Albayrak ailəsinə məxsus “Turkuaz Yayınları” nəşriyyatında çap olunan “Daha ədalətli bir dünya mümkündür” kitabı sentyabrın 6-da satışa çıxarılıb.

Bundan başqa, Türkiyənin 1-ci xanımı Əminə Ərdoğanın “Afrika səyahətlərim” adlı kitabı da eyni nəşriyyatda çap olunaraq oxucuların ixtiyarına verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600