Nüşabə Musayeva niyə xərcə düşüb?: “Qızıllarımı, evimi, torpağımı satdım”

media-hightechnic-468x90

 

“Bütün qızıllarımı, evimi, Nardaranda Ləhic bağlarında olan 15 sot torpağımı satdım, qızıma toy etdim”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nüşabə Musayeva “Qonaqcanlı” verilişində deyib. Sənətçi qızına toy edərkən ona 100 min manat cehiz pulu verdiyini bildirib:

“Bütün qızıllarımı, evimi satdım. Nardaranda Ləhic bağlarında 15 sot torpağım var idi, onu da satdım. Verilişə də bijuteriya taxıb gəlmişəm. Övladım üçün etmişəm. Etməliydim də… Heç kəs heç kəsin atasına borclu deyil. Pul kəsmirəm, milyonçu deyiləm, müğənniyəm.

Qızıma 100 min manat pul verdim. Dedim ürəyin istəyənləri özün alarsan. Amma cehizlərini adətə görə oğlangil almışdı. Hələ də pul qızımdadır. Hərdən deyirəm: ‘Ana qurban, xərcləmə, lazım olanda götürərəm”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa