Trampın “Sülh Şurası” uğursuzluqla nəticələnəcək

media-hightechnic-468x90

ABŞ prezidenti Donald Trampın BMT ilə rəqabət aparmaq üçün “Sülh Şurası” yaratmaq cəhdi, çox güman ki, uğursuz olacaq və “tək nəfərlik şou” kimi “tezliklə unudulacaq”.

Yenicag.az xəbər verir ki, bunu hərbi tarixçi Max Boot “The Washington Post” qəzetində dərc olunmuş məqaləsində yazıb.

Onun sözlərinə görə, “Sülh Şurası”nın fəaliyyəti “Qəzzadan çox kənara çıxır və mahiyyət etibarilə bütün dünyanı əhatə edir. Buna görə də, qurum BMT-nin potensial rəqibidir”.

Lakin jurnalist qeyd edib ki, “Sülh Şurası” “yalnız adda çoxtərəfli bir təşkilatdır”, çünki bütün güc “sədrin” (yəni Trampın) əlində cəmləşib və o, Şuraya dövlətləri dəvət edə, qətnamələrə veto qoya və ya təsdiq edə, Şuranı ləğv edə və hətta qurumun rəsmi möhürünü təsdiqləyə bilər./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa