Almaniya Ukraynaya əlavə “Patriot” verməkdən imtina etdi

media-hightechnic-468x90

Almaniya hazırda Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri tədarük edə bilməz.

Yenicag.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

O qeyd edib ki, Berlin artıq “Patriot” sistemlərinin üçdə birindən çoxunu Kiyevə tədarük edib və hazırda öz arsenalını tamamlamaq lazım olduğu üçün tədarükləri davam etdirə bilmir.

Pistoriusun sözlərinə görə, müttəfiqləri ilə müqayisədə Almaniya Ukraynanın HHM sistemləri ilə təminatında qeyri-mütənasib dərəcədə böyük töhfə verib.

Nazir vurğulayıb ki, Almaniya Kiyevi “İris-T” sistemləri ilə təchiz edən yeganə ölkədir.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampın “Patriot” sistemi üçün raketlərin Ukraynaya tədarükünə razılıq verdiyini açıqlamışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa