Ərdoğan erməni hərbçilərinin ailələrinə 10 milyon dollar ayırıb?

media-hightechnic-468x90

Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistana 10 milyon dollarlıq maliyyə yardımı ilə bağlı fərman imzalaması iddialarının tamamilə əsassız olduğunu açıqlayıb. 

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

Açıqlamada iddiaların həqiqəti əks etdirmədiyi vurğulanıb:

“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın Ermənistanda həlak olan əsgərlərin ailələrinə və cəmiyyətin ehtiyacı olan təbəqələrinə 10 milyon dollarlıq maliyyə yardımı ilə bağlı fərman imzalaması iddiaları tamamilə əsassızdır.”

Dezinformasiya ilə bağlı xəbərdarlıq edən mərkəz açıqlamasında ictimaiyyətin Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan dezinformasiyaya etibar etməməli olduğunu və yalnız rəsmi orqanların verdiyi açıqlamaları nəzərə almalı olduğunu bildirib. /unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa