Reklam

Reklam

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Şurası Parlament Assambleyasının Türkiyənin monitorinq altına qaytarılması barədə qərarını tənqid edib.

Ərdoğan bununla bağlı yazılı açıqlama yayıb. Açıqlamada qərarın siyasi olduğu bildirilib: “Türkiyə ilə bağlı qəbul edilən qərar tamamilə siyasidir. Bu qərarı tanımırıq, istədikləri qədər qərar qəbul etsinlər”.

Ərdoğan “Reuters”ə müsahibəsində isə ötən bazar Fransada keçirilən prezident seçkilərinin fövqəladə vəziyyət şərtləri altında baş tutduğunu deyib: “Fransa ilə bağlı niyə belə bir qərar verilmir? Türkiyədə dövlət çevrilişinin qarşısının alınması məqsədilə fövqəladə vəziyyət elan olunub. Bu çərçivədə ölkədəki FETÖ-çüləri təmizləyirik”.

Prezident Suriya və İraqdan Türkiyəyə gələnlərin üzünə qapını bağlamayacaqlarını vurğulayıb: “Bombalardan qaçanları təcrid edə bilmərik”.(APA)

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 73
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."