Ərdoğan Azərbaycana səfərində imzalanan sənədləri açıqladı

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri başa çatdıqdan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərin suallarını cavablandırıb.

O qeyd edib ki, Azərbaycana səfəri zamanı ikitərəfli münasibətlər də müzakirə edilib və beş müqavilə imzalanıb.

“Əlaqələrimizi bundan sonra da davam etdirəcəyik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə “BMC AZ” şirkəti arasında Anlaşma Protokolu, “BMC Otomativ Sənaye və Ticarət” şirkəti ilə Bakı Nəqliyyat Agentliyi arasında Anlaşma Protokolu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisi arasında Anlaşma Memorandumu, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb”.

O bildirib ki, hər iki ölkə arasında vizasız gediş-gəlişlə bağlı razılığa da gəlinib./oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600