Ərdoğan Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdirilməsi haqqında danışdı

media-hightechnic-468x90

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yerləşdirilməsini mümkün sayır.

Yenicag.az xəbər verir ki, dövlət başçısı bunu Azərbaycan səfərindən qayıdarkən təyyarədə media nümayəndələrinə verdiyi açıqlamada bildirib.

Jurnalistlərdən biri Şuşa bəyannaməsində hərbi bazanın yaradılmasının nəzərdə tutulması ilə bağlı Ərdoğana sual ünvanlayıb.

“İndi bu, açıqladığımız maddələrin xaricində deyil. Burada daha sonra artım, genişlənmə ola bilər. Hələlik, daha vacib olanı sərhədlərin təminat altına alınmasıdır.

Burada, xüsusən də hörmətli İlham Əliyevin Putinlə görüşləri, bizim görüşlərimiz prosesləri fərqli məcraya yönəldə bilər”, – deyə Türkiyə prezidenti cavab verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600